Modern.az

Blinkenlə İlham Əliyev arasında telefon danışığı olub

Blinkenlə İlham Əliyev arasında telefon danışığı olub

Aktual

13 İyul 2023, 09:54

ABŞ-ın Dövlət katibi Antoni Blinken bu gün Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığı aparıb.

 

Modern.az Dövlət Departamentinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qurumun sözçüsü Metyu Miller məlumat verib.

 

Söhbət zamanı Blinken ABŞ-ın Ermənistan-Azərbaycan sülh danışıqlarına davamlı dəstəyini ifadə edib. O, danışıqlarda çeviklik və kompromislərə ehtiyac olduğunu bildirib.

 

Dövlət katibi hər iki tərəfin davamlı və ləyaqətli sülhə dair müzakirələrdə müsbət tempi saxlamağın vacibliyini vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu