Modern.az

İmtahan pulsuz olmalıdır - Deputatdan təklif və irad

İmtahan pulsuz olmalıdır - Deputatdan təklif və irad

Aktual

13 İyul 2023, 11:24

"Müəllimlərin imtahanları pulsuz olmalıdır".


Modern.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov MİQ imtahanlarında iştirakın ödənişli olması ilə bağlı təkliflərə münasibət bildirərkən deyib.


"Mən başa düşürəm ki, pul verən müəllim imtahana daha məsuliyyətli yanaşacaq. Ancaq təklif edirəm ki, bu proses pulsuz olsun. Müəllimlərin bəzilərində özünü aparmaq, dünya görüşü məsələsində çox ciddi problemlər var", - deyə deputat bildirib.

 

Parlamentari təhsildəki problemlərdən də söz açıb:

 

"Biz vaxtında keyfiyyətli tələbə məzun etməmişik. Ancaq bu gün problemi aradan qaldırmağa çalışırıq. Universitetlərdə keyfiyyətli tələbələr yetişdirməliyik. İndiki halda keyfiyyətli müəllimləri üzə çıxarmağa məcburuq. Çalışmalıyıq ki, bu problemi universitetlərdə həll edək".

 

Qeyd edək ki, hazırda MİQ imtahanları ödənişsizdir. İmtahanların ödənişli olması barədə müxtəlif təkliflər irəli sürülür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək