Modern.az

Naftalanda damcılı suvarma üsulundan istifadə olunur

Naftalanda damcılı suvarma üsulundan istifadə olunur

Aktual

17 İyul 2023, 15:00

Son illər ölkədə su probleminin qarşısının alınması üçün bir sıra əhəmiyyətli tədbirlər görülür. Su təsərrüfatının elektronlaşdırılması, alternativ mənbələrdən istifadə edilməsi yaşıllıqların qorunub saxlanılmasında mühüm rol oynayır.

 

Naftalan ŞİH tərəfindən yeni salınmış Bayraq Meydanında yaşıllığın suvarılmasında müasir suvarma üsulundan istifadə olunur. Bununla da həm işçi qüvvəsinə, həm də suya qənaət olunmaqla yeni əkilmiş ağacların daha yaxşı inkişafına nail olunur. 

 

Şəhərdə mövcud yaşıllıqların qorunması, yeni yaşıllıq zolaqlarının salınması və ağaclara qulluq göstərilməsi məqsədilə damcılı suvarma sisteminin şəhərin digər yaşıllıq zolaqlarında da qurulması nəzərdə tutulub. 

 

Şəhər İcra Hakimiyyətinin başçısı damcılı suvarma sistemi qurulmuş əraziyə baxış keçirmiş, aidiyyəti üzrə tapşırıq və tövsiyələrini vermişdir. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi