Modern.az

Yuxusuzluqla bağlı bilmədiyimiz FAKTLAR

Yuxusuzluqla bağlı bilmədiyimiz FAKTLAR

18 İyul 2023, 15:50

Alimlər yuxusuzluqla (insomniya) bağlı tədqiqat aparıblar.

 

Modern.az “Cleveland Clinic”in araşdırmalarına istinadən xəbər verir ki, xəstələr arasında xroniki insomniya halına daha çox rast gəlinir. ABŞ Beynəlxalq Araşdırmalar İnstitutu yuxusuzluq probleminin əsasən 18-25 yaş arasında özünü göstərdiyini bildirib.

 

Statistikaya əsasən, gənclər arasında orta hesabla üç nəfərdən biri xroniki insomniya halı ilə üzləşir.

 

Həkimlərin fikrincə, yuxusuzluq heç də konkret bir səbəbdən yaranmır, genetik faktor ən önəmli göstərici olsa da, yüksək stress, qanda dəmir çatışmazlığı, həmçinin hamiləlik halı insomniyaya səbəb ola bilər.

 

Elm aləminə insomniya probleminin birdəfəlik həlli məlum olmasa da, alimlər simptomları zəiflətmək üçün bir sıra üsullar təqdim edirlər. Bunlardan birincisi düzgün gün rejiminin yaradılması və ona ardıcıl əməl olunmasıdır. Yatmazdan azı iki saat öncə mavi işıqdan uzaqlaşmaq, kofein və alkoqol tərkibli məsullardan istifadəni minimuma endirmək də tövsiyələr sırasındadır.

 

İnsomniya xroniki hal olduğu üçün ardıcıl müalicə tələb edir. ABŞ-ın Biogenetik Araşdırmalar Milli Mərkəzinə əsasən, müalicə olunmayan insomniya yüksək qan təzyiqi, ürək döyüntülərinin pozulması, şəkərli diabet və depressiya hallarının yaranmasına səbəb ola bilər.

 

Pasiyentləri ən çox maraqlandıran suallardan biri də koronavirus xəstəliyinə tutulmuş insanlarda insomniya halıdır. Alimlər bunu koronavirusun insan beynində yaratdığı dəyişikliklərlə izah edirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi