Modern.az

Brüsseldə nələr müzakirə olunub - Paşinyan AÇIQLADI

Brüsseldə nələr müzakirə olunub - Paşinyan AÇIQLADI

Aktual

20 İyul 2023, 11:40

"Yaxın vaxtlarda demarkasiya işlərinin kartoqrafik əsaslarını dəqiqləşdirməliyik".


Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə Brüssel görüşündən danışarkən deyib.

 

Onun sözlərinə görə, Brüsseldə danışılan əsas məsələlərdən biri ərazi bütövlüyünün qarşılıqlı tanınması olub.

 

“Brüsseldə Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımasının bir daha təsdiqlənməsi müzakirə olunub. Sərhədlərin delimitasiyası 1991-ci il Almatı Bəyannaməsi əsasında aparılmalıdır. Yaxın vaxtlarda demarkasiya işlərinin kartoqrafik əsaslarını dəqiqləşdirməliyik”,- deyə Baş nazir bildirib.

 

Qeyd edək ki, ötən həftənin şənbə günü Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə növbəti görüş olub. Görüş zamanı liderlər ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmətlərini, sərhədlərin delimitasiyası üçün siyasi çərçivə kimi Almatı Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqləyiblər. Tərəflər, həmçinin delimitisiya məsələsi ilə məşğul olan sərhəd komissiyaların işini sürətləndirmək barədə razılığa gəliblər. Şarl Mişel mətbuata açıqlamasında danışıqların müsbət keçdiyini deyib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı