Modern.az

MÜSİAD rəsmiləri Elşad Nuriyevi ziyarət edib

MÜSİAD rəsmiləri Elşad Nuriyevi ziyarət edib

Aktual

21 İyul 2023, 21:26

MÜSİAD Azərbaycan İdarə Heyətimizin sədri Rəşad Cabirli, İdarə Heyətimizin üzvləri, Üzvlərimiz və Gənc MÜSİAD Azərbaycan rəhbəri Sərxan Sultanlı İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Elşad Nuriyevi ziyarət edib.

 

Görüşdə 2 qurumun fəaliyyətləri və planları haqqında məlumat verilmişdir. Sənaye parkları və sənayə məhəllələrinə Türkiyədə fəaliyyət göstərən yatırımcı və istehsalçıların cəlb edilməsi mövzusunda danışılıb, bu mövzuda birlikdə hərəkət edilməsinə qərar verilib.

 

2021-ci ildə MÜSİAD tərəfindən Azərbaycanda düzənlənən və 575 sahibkarın qatıldığı Beynəlxalq Biznes Forumunda (İBF) bəlirlənən "Azərbaycan - Asiyanın incisi, 300 milyona açılan qapı" hədəfinə uyğun olaraq MÜSİAD Azərbaycan bununla bağlı fəaliyyətlərini davam etdirməkdədir.

 

Daha sonra Azərbaycanda fəliyyət göstərən mebel istehsalçılarının istehsalat yeri tapma problemi və yaşadıqları çətinlikləri aradan qaldırmaq üçün müzakirələr aparılıb.

 

Son olaraq, 2 qurum arasında birgə işbirlikləri müzakirə edilib və gələcəkdə edilməsi planlanan fəaliyyətlər haqqında danışılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi