Modern.az

Danışıqlarda Rusiyanın fəallığı azalıb - Paşinyan

Danışıqlarda Rusiyanın fəallığı azalıb - Paşinyan

Aktual

25 İyul 2023, 16:34

"Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesində Rusiya tərəfinin fəallığı obyektiv səbəblərdən azalıb".

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə deyib.

 

Onun sözlərinə görə, Rusiyanın fəallığının azalmasına səbəb Ukrayna müharibəsidir:

 

"Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev son səfəri zamanı yeni təkliflərlə çıxış etməyib. Bununla belə, danışıqlar lazımdır. Amma Avropa və ABŞ bu məsələdə fəaldır. Onların prosesə verdikləri töhfələri yüksək qiymətləndiririk".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu