Modern.az

Nazir Rusiyada Ermənistanın iddialarını YALANLADI

Nazir Rusiyada Ermənistanın iddialarını YALANLADI

Aktual

25 İyul 2023, 22:07

“Bölgədə humanitar vəziyyətə dair səsləndirilən iddialar tamamilə əsassızdır”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyada keçirdiyi görüşlər zamanı deyib.

 

Onun sözlərinə görə, bu iddialar siyasi manipulyasiyadır.

 

Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürülməsinə baxmayaraq, erməni tərəfinin bütün təkliflərə qarşı çıxması onların məkrli niyyətlərini və humanitar vəziyyət barədə iddiaların siyasi şantaj olduğunu göstərdiyi qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi