Modern.az

Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti UZADILDI

Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti UZADILDI

27 İyul 2023, 14:58

Ukraynada hərbi vəziyyət və ümumi səfərbərliyin müddəti 90 gün uzadılıb.

 

Modern.az-a xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının mətbuat xidməti məlumat yayıb.

 

Məlumata əsasən, qərar Ukrayna parlamentinin bu gün keçirilən iclasında qəbul olunub. Qərarın müzakirəsi zamanı 347 nəfər lehinə səs verib.

 

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibənin başlanmasından indiyə qədər ölkədə hərbi vəziyyətin müddəti səkkizinci dəfə uzadılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu