Modern.az

Müqavilə olmadan xidmət göstərilməsi faktları AŞKARLANDI

Müqavilə olmadan xidmət göstərilməsi faktları AŞKARLANDI

2 Avqust 2023, 11:52

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakıda Əmək müqaviləsi olmadan xidmətlərin yerinə yetirilməsi faktları aşkarlayıb.

 

Modern.az bu barədə quruma istinadən xəbər verir.

 

Məlumata görə, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 306 ünvanında yerləşən “Qədim bağ” restoranında istirahət mərkəzinin fəaliyyəti barədə vətəndaşlardan daxil olmuş şikayət əsasında operativ vergi nəzarəti tədbirləri keçirilib. Nəzarət tədbiri zamanı obyektdə nəzarət-kassa aparatının (NKA) və Pos-teminalın quraşdırılmadığı, 6 nəfərin əmək müqaviləsi olmadan xidmətlərin yerinə yetirilməsinə cəlb olunması faktları aşkar edilib.

 

"Bir sıra obyektlərdə, o cümlədən ictimai iaşə obyektlərində elektron informasiya sisteminə real vaxt rejimində kassa əməliyyatları barədə məlumatları ötürməyə imkan verən yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi ilə bağlı genişmiqyaslı işlər aparılır. Yeni nəsil nəzarət-kassa aparatları nəzarət mexanizmi qurğusu ilə təchiz edilmiş yeni növ proqram-aparat kompleksidir. Onun vasitəsilə alınmış və emal edilmiş çek məlumatlarının, habelə e-kassada həyata keçirilən əməliyyatlar barədə məlumatların yığılması, emalı, saxlanılması və real vaxt rejimində vergi orqanlarının informasiya sistemləri bazasına ötürülməsi təmin edilir. Yeni nəsil NKA ticarət, ictimai iaşə və digər sahələrdə əhali ilə pul hesablaşmalarının aparılmasında istifadə edilir, köhnə nəsil kassa aparatları ilə müqayisədə bir çox üstünlüklərə malikdir. Bu üstünlüklərdən biri də tətbiq olunan yeni çek formalarının üzərində məhsulun (xidmətin) adı, sayı və qiymətinin ayrı-ayrılıqda qeyd olunması və bununla da istehlakçıların hüquqlarıın müdafiəsi ilə bağlı geniş imkanların yaradılması ilə bağlıdır.

 

Sahibkarlıq fəaliyyətindən əldə olunmuş gəlirlər və xərclərin uçotunun aparılması, gəlirlərin vergi orqanlarına düzgün bəyan edilməsi, dövlət büdcəsinə vergilərin vaxtında, tam şəkildə ödənilməsi vergi ödəyicilərinn vəzifələrinə aid edilir. Həmçinin, qanunvericiliyin tələblərinə uyğun olaraq, əmək müqavilələrinin bağlanması, əhali ilə nağd pul hesablaşmalarının aparılması zamanı NKA-dan istifadə də vergi ödəyicisinin vəzifəsidir, bu tələblərin pozulmasına görə qanunvericilikdə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulub", - deyə Dövlət Vergi Xidməti bəyan edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı