Modern.az

Ermənistan-Azərbaycan münasibətləri Türkiyədə müzakirə ediləcək

Ermənistan-Azərbaycan münasibətləri Türkiyədə müzakirə ediləcək

Aktual

6 Avqust 2023, 17:04

Sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident Kabinetinin iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, iclasın gündəliyində Cənubi Qafqazda baş verən proseslər və Azərbaycanla Ermənistan arasında normallaşma prosesi də yer alıb.

 

İclasda, həmçinin, daxili və xarici siyasətdəki inkişaflar dəyərləndiriləcək, iqtisadiyyat və bəzi Qərb ölkələrində terror təşkilatı üzvlərinin əməlləri də prioritet mövzular arasında olacaq.

 

Bundan başqa, xarici siyasətin aparıcı mövzularından biri Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri olacaq. Putinin təmaslarına hazırlıq nəzərdən keçiriləcək.

 

Eyni zamanda, Qara Dəniz Taxıl Təşəbbüsünü canlandırmaq səyləri, eləcə də İsveç başda olmaqla, bəzi Qərb ölkələrində Qurana qarşı ardıcıl hücumlar müzakirə ediləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi