Modern.az

Şirvan sakini qardaşını BIÇAQLADI

Şirvan sakini qardaşını BIÇAQLADI

Aktual

8 Avqust 2023, 15:38

Şirvanda qardaşını bıçaqlayan şəxs saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

 

Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) şəhər sakini S.Fərəcovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

 

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Fərəcova xəsarət yetirməkdə şübhəli bilinən sonuncunun qardaşı M.Fərəcov saxlanılaraq istintaqa təhvil verilib.

 

İlkin araşdırmalar zamanı hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi müəyyən olunub.

 

Fakla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI