Modern.az

Ötən ay 45 nəfər günvurma ilə müraciət edib 

Ötən ay 45 nəfər günvurma ilə müraciət edib 

8 Avqust 2023, 19:21

İyul ayı ərzində günvurma ilə əlaqədar 45 müraciət qeydə alınıb.

 

Bu barədə Modern.az-a TƏBİB-dən bildirilib.

 

Qeyd edilib ki, iyul ayı ərzində günvurma ilə bağlı olaraq, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ümumilikdə, 45 nəfər müraciət edib. Onlardan 21-i qadın, 24-ü kişi, 38 nəfəri böyük, 7-si isə uşaq olub.

 

Müraciət edən böyüklərdən 9-u qadın, 7-si kişi olmaqla 16 nəfər, uşaqlardan isə 4-ü hospitalizasiya edilib.

 

Son 2 gün ərzində isə günvurma ilə bağlı 2 müraciət daxil olub. Onlardan biri qadın, digəri isə kişi olub. Qadın vətəndaşa yerində yardım göstərilib, kişi vətəndaş isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi