Modern.az

Hindistan-Ermənistan əməkdaşlığına Pakistandan REAKSİYA: Birgə hərbi təlimlər...

Hindistan-Ermənistan əməkdaşlığına Pakistandan REAKSİYA: Birgə hərbi təlimlər...

Aktual

5 Sentyabr 2023, 12:28

“Azərbaycan müdafiə nazirinin birinci müavini, eyni zamanda Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bu ilin mayında ölkəmizə səfəri çərçivəsində Pakistan ordusunun komandanı general Asim Munir ilə görüşüb. Görüş zamanı iki qardaş ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa dair məsələlər müzakirə edilib. Eyni zamanda hərbi və peşəkar sahələrdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi vurğulanıb. Bu da deməkdir ki, iki ölkə arasında hərbi əməkdaşlıq bundan sonra daha da inkişaf edəcək”.

 

Bunu Modern.az-a açıqlamasında Qlobal məsələlər, Bir Kəmər və Yol Təşəbbüsü (KYT), Mərkəzi Asiya və Avrasiya üzrə beynəlxalq ekspert Qaiser Navvab bildirib.

 

Ekspert qeyd edir ki, yaxın vaxtlarda hərbi təlimlər gözlənilə bilər:

 

“Bildirim ki, Hindistan və Ermənistanın birliyi Pakistan-Azərbaycan münasibətlərinə təsir etməyəcək, çünki biz qardaş xalqıq. Biz eyni dinə inanırıq və İkinci Qarabağ müharibəsində Pakistanın dəstəyi bütün dünyaya məlumdur. 44 günlük müharibədə Pakistan, Azərbaycan və Türkiyə bayraqlarının Bakıda şahidi olduq. Bu onu göstərir ki, Azərbaycanın hər iki ölkəyə güvəni çoxdur.

 

 

O vurğulayıb ki, Ermənistan və Hindistan əməkdaşlığı genişləndirmək üçün silah sazişi imzalayıblar:

 

"Amma bildirim ki, digər tərəfdən də biz Pakistan və Azərbaycan arasında sosial, siyasi, iqtisadi, mədəni və hərbi əməkdaşlığa doğru gedirik. Keçən il “Üç qardaş” birgə hərbi təlimini keçirdik. Düşünürəm ki, bu təlimlərin də davamı ola bilər. Hətta yaxın zamandada bunun şahidi ola bilərik. Fikrimcə, biz bütün sahələrdə, o cümlədən hərbi və müdafiə sahəsində əməkdaşlığımızı gücləndirməliyik”.

 

Qeyd edək ki, erməni mediasının məlumatına görə, Hindistan Ermənistana təxminən 250 milyon dollarlıq silah tədarük edəcək. Sövdələşməyə “Pinaka” raket sistemləri və onların sursatları, tank əleyhinə digər silahlar daxildir. Hindistan mətbuatının yazdığına görə, yaxın üç ildə Ermənistana dəyəri təxminən 150 milyon ABŞ dolları olan ATAGS haubitsaları da tədarük ediləcək.155 mm-lik bu artilleriya qurğularının atış məsafəsinin 48 kilometrə qədərdir və dağ döyüş əməliyyatları şəraitində sınaqdan keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi