Fransa prezidenti Emmanuel Makron G20 liderlərinin növbəti sammitində iştirak etmək üçün Hindistana səfər edəcək.
Modern.az xəbər verir ki, sammit sentyabrın 9-dan 11-dək Hindistanın paytaxtı Nyu Dehlidə keçiriləcək.
Makronun sentyabrın 10-da Banqladeşə səfəri planlaşdırılır. Məlumatı Yelisey sarayı rəsmi olaraq təsdiqləyib.
Qeyd edək ki, bəzi erməni mənbələri sentyabrın 9-10-da Makronun Ermənistan və Azərbaycana səfər edəcəyini yazıb.