Modern.az

Vahid Əhmədov MÜSİAD Azərbaycan mərkəzində - FOTO

Vahid Əhmədov MÜSİAD Azərbaycan mərkəzində - FOTO

8 Sentyabr 2023, 20:52

Millət vəkili Vahid Əhmədov MÜSİAD Azərbaycan Dərnək mərkəzini ziyarət edib.

 

Modern.az xəbər verir ki, görüşdə İdarə Heyətinin Sədri Rəşad Cabirli, Sədr müavini Sait Yinanç və İdarə Heyətinin üzvləri Hüseyin Yapar, Alim Şentürk, Emin Əzizli, Əli Qədirbəyli, Muhterem Öz, Sərxan Sultanlı iştirak edib. 

 

Görüş çərçivəsində Rəşad Cabirli millət vəkilinə dərnəyin fəaliyyəti barədə ətraflı məlumat verib.

 

Bundan əlavə, tərəflər arasında kənd təsərrüfatı, inşaat, istehsal, ticarət və investisiya sahələri ilə bağlı müzakirələr aparılıb.

 

Rəşad Cabirli qeyd edib ki, dərnəyin əsas fəaliyyəti Azərbaycan və Türkiyə arasında ticari əlaqələrin və qarşılıqlı investisiya hədəflərinin artırılması istiqamətindədir.

 

Vahid Əhmədov görüş zamanı sahibkarların fəaliyyətinin artırılması, problemlərinin həll olunması və ən əsası ölkədə istehsalın artırılması və bu sahədə olan problemlərin aradan qaldırılması üçün cənab Prezidentin göstərişi ilə, Milli Məclisin bu istiqamətdə yeni qanun layihələri hazırladığını vurğulayıb.

 

Növbəti görüşün Milli Məclisin əlaqəli komissiyaları ilə birlikdə keçirilməsinə qərar verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi