Modern.az

Mirzoyan Ceyhun Bayramovla danışmaq istəyir? - AÇIQLAMA

Mirzoyan Ceyhun Bayramovla danışmaq istəyir? - AÇIQLAMA

11 Sentyabr 2023, 10:52

Ötən həftə Ermənistan Baş naziri Nikol Paşinyanın Fransa, Almaniya, İran və Gürcüstan liderləri, eləcə də ABŞ Dövlət katibi ilə telefon danışığı aparıb. Telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunub.  Paşinyan Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlar aparmağa hazır olduğunu deyib.

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Reuters”ə açıqlamasında bildirib ki, Rəsmi Bakı Ermənistan tərəfindən təcili danışıqların aparılması barədə təklif almayıb.

 

Erməni mediasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın da azərbaycanlı həmkarı ilə danışıqlar aparmaq istəməsi barədə məlumatlar yayılıb. Bildirilir ki, Mirzoyan Ceyhun Bayramovla Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müzakirə etmək istəyir.

 

Modern.az bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə saytımıza açıqlamasında bildirib ki, Azərbaycan XİN-ə görüşlə bağlı təklif daxil olmayıb.

 

Qeyd edək ki, bütün bunlar Ermənistanın gərginliyi azaltmaq istədiyini sözdə ifadə etməsinə baxmayaraq, əməldə heç bir addım atmadığını göstərir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi