Mən artıq dörd aydır ki, Azərbaycanda səfir olaraq fəaliyyət göstərirəm.
Modern.az xəbər verir ki, bunu Azərbaycan-Qazaxıstan münasibətlərinin hazırki vəziyyətinə dair dəyirmi masada Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel bildirib.
“Qardaş ölkə Azərbaycanda diplomat olaraq fəaliyyət göstərməkdən məmnunam. Bildirmək istəyirəm ki, Azərbaycan və Qazaxıstan arasında münasibətlər yüksək səviyyədə davam edir. Azərbaycanın Mərkəzi Asiya, xüsusilə də Qazaxıstanla münasibətləri günü-gündən daha da möhkəmlənir. Qazaxıstan Prezidenti cənab Tokayevin Azərbaycana səfəri də bunu göstərir. İki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq da yüksək səviyyədədir”, - o deyib.