Modern.az

Qazaxıstan səfiri: Qafqazda sülhün olması üçün əməkdaşlıq vacibdir - ÖZƏL

Qazaxıstan səfiri: Qafqazda sülhün olması üçün əməkdaşlıq vacibdir - ÖZƏL

11 Sentyabr 2023, 17:00

"Mövcud geosiyasi vəziyyəti çox çətin hesab edirik. Amma buna baxmayaraq, bizim imkanlarımz  var. Bu gün həm Qazaxıstanın, həm də Azərbaycanın siyasi cəhətdən əsaslı və düzgün baxışı var”.

 

Bunu Modern.az-a açıqlamasında Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bildirib.

 

O qeyd edib ki, bu gün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TİTR) Qazaxıstan üçün vacibdir:

 

"Tranzit olan marşrut digər ölkələrin diqqətini də getdikcə daha çox cəlb edir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu marşrutu Qazaxıstanın tranzit və ixrac imkanlarının daha dolğun reallaşmasına töhfə verən “əsas halqa” adlandırır. Buna görə də yaxın zamanda Qazaxıstan Bakı limanında terminal tikməyi planlaşdırır. Düşünürük ki, bu, vacib addımdır. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TİTR) müvafiq şərtlər daxilində Qazaxıstan ixracatını qaldırmaq qabiliyyətinə malikdir. Qazaxıstan Bakı limanında öz terminalını tikməyə hazırdır. Bu məsələ ilə bağlı Bakı ilə danışıqlar aparılır”.

 

Səfir eyni zamanda regionda əməkdaşlıq məsələsinə də toxunub:

 

"Düşünürəm ki, Azərbaycan, Gürcüstan və Ermənistan səmərəli əməkdaşlıq etməlidir. Bu, bizim üçün, Mərkəzi Asiya ölkələri üçün, eyni zamanda regionda sülhün olması üçün vacibdir. Poblemi həll etmək üçün indi regionda sədd və maneələr qurmaq lazım deyil. Bunun əvəzinə lazımı marşrutlar açmaq lazımdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi