Modern.az

Əmək müqaviləsində sınaq müddəti nə qədər olacaq?

Əmək müqaviləsində sınaq müddəti nə qədər olacaq?

Aktual

12 Sentyabr 2023, 13:50

6 ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu 2 həftə, digər əmək müqavilələrində isə ən çoxu 3 ay sınaq müddəti müəyyən edilir.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsini təqdim edərkən parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.

 

“Qanun layihəsinə görə, yaşı 18-dən az olan şəxslər, müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlar, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlar, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər, təhsil müəssisələrini bitirdiyi ildə ixtisası üzrə ilk dəfə işə götürülən şəxslər, ödənişli seçkili vəzifəyə seçilmiş şəxslər və iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslər istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər.

 

6 ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu 2 həftə, digər əmək müqavilələrində isə ən çoxu 3 ay sınaq müddəti müəyyən edilir.

 

Beləliklə layihənin qəbulu ilə qısa müddətə, yəni 6 ayadək bağlanılmış əmək müqavilələrində sınaq müddəti ən çoxu 2 həftə müəyyən ediləcək”,- deyə şöbə müdiri bildirib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi