ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Ermənistana səfər edib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın "Facebook" hesabında yazıb.
Tərəflər görüş zamanı Qarabağ ətrafındakı vəziyyəti, həmçinin, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesini müzakirə edib.