Yekaterinburq şəhər dumasının yeni spikeri Ural Federal Universitetinin sosiologiya və politologiya departamentinin 33 yaşlı direktoru Anna Qurariy olacaq.
Bunu Modern.az-a açıqlamasında Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) vitse-prezidenti, ÜAK-ın Ural Dairə Şurasının sədri, Ümumdünya Azərbaycan və Türkiyə diaspor təşkilatlarının Koordinasiya Şurasının üzvü, Sverdlovsk vilayəti qubernatoru yanında Milli məsələlər üzrə Məsləhət Şurasının üzvü Şahin Şıxlinski bildirib.
Məlumat üçün bildirək ki, bu postda Anna Qurariydən əvvəl bu ilin avqustunda “Talış-Muğan Muxtar Respublikası” adlı qondarma qurumun ildönümü münasibətilə erməni dairələrinin təşkil etdiyi təxribat xarakterli tədbirdə iştirakı ilə dövlətlərarası qalmaqalla yadda qalan İqor Volodin qərar tutmuşdu.
Daha sonra Azərbaycan Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərmiş və qubernator Yevgeni Kuyvaşevə məktub yazaraq Yekaterinburq Duması rəhbərinin açıq-aşkar təxribat xarakterli tədbirdə iştirakını pisləmişdi.