Modern.az

Ermənistan itkin düşən şəxslərlə bağlı Azərbaycanla əməkdaşlıqdan yayınır - Nazir müavini

Ermənistan itkin düşən şəxslərlə bağlı Azərbaycanla əməkdaşlıqdan yayınır - Nazir müavini

Aktual

18 Sentyabr 2023, 12:16

"Ermənistan Qarabağ müharibəsində itkin düşən şəxslərlə bağlı Azərbaycanla əməkdaşlıqdan yayınır".

 

Modern.az-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, Azərbaycan 30 ildir itkin düşən şəxslərlin taleyinin müəyyənləşdirilməsi ilə bağlı əziyyət çəkir: "Ailələrinin, qohumlarının itkin düşən şəxslərin taleyi barədə məlumat almaq hüququ var, lakin təəssüf ki, Ermənistan tərəfi bu məsələdə əməkdaşlıqdan yayınır. İnsanların qeyri-qanuni şəkildə girov götürülməsi insan hüquqlarına ziddir. Təəssüf ki, bütün bunlara baxmayaraq, son illərdə dünyada itkin düşən şəxslərin sayı artaraq 200 min nəfərə çatıb”.

 

F.Rzayev vurğulayıb ki, həmçinin, mina problemi də insan hüquqlarının pozulmasıdır və bu məsələdə də ölkələr arasında məlumat mübadiləsi aparılmalıdır: “Azərbaycan BMT-nin itkin düşən şəxslərlə bağlı konvesiyasına qoşulub və bu sahədə böyük işlər görülür. Hesab edirik ki, BMT-nin itkin düşən şəxslərlə bağlı atacağı addımlar bu işlərdə səmərəli irəliləyiş əldə edilməsi üçün vacibdir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi