Modern.az

Azərbaycanda COVİD-19-a yoluxanların sayı ARTDI

Azərbaycanda COVİD-19-a yoluxanların sayı ARTDI

Aktual

18 Sentyabr 2023, 16:40

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (11-17 sentyabr) 142 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslər arasında vəfat edən olmayıb.

 

Azərbaycanda indiyədək ümumilikdə 832 580 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 822 131 nəfər müalicə olunaraq sağalıb, 10 302 nəfər vəfat edib, aktiv xəstə sayı 147 nəfərdir.

 

Ölkədə son həftə ərzində 3 012, hazırkı dövrədək isə 7 680 488 test aparılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi