Modern.az

Qarabağ ermənilərinə SMS göndərildi

Qarabağ ermənilərinə SMS göndərildi

Aktual

19 Sentyabr 2023, 14:34

Silahlı Qüvvələrimiz tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri davam edir.

 

Müdafiə Nazirliyindən (MN) Modern.az-a verilən məlumata görə, tədbirlər çərçivəsində yalnız legitim hərbi obyektlər və hərbi infrastruktur dəqiq silahlarla hədəfə alınır və sıradan çıxarılır.

 

Nazirlik yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırır:

 

“Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna bu əraziləri azad etdi - Ruslar geri çəkilir