Modern.az

Cəfər Məhərrəmov Hacıqabulda vətəndaşları qəbul edib

Cəfər Məhərrəmov Hacıqabulda vətəndaşları qəbul edib

19 Sentyabr 2023, 13:18

Sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

 

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Xidmətlər Agentliyinin sədr vəzifəsini müvəqqəti icra edən Cəfər Məhərrəmov sentyabrın 19-da Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Hacıqabul rayonu və Şirvan şəhərindən olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

 

Qəbulda vətəndaşların müraciətləri əsasən traktor və lazer tipli malanın operativ lizinqə verilməsi, taxılyığan kombaynın güzəştli şərtlərlə alınması, suvarmada yaranan çətinlik, işlə təminat və digər məsələlərlə bağlı olub. AXA-nın sədr müavini Cəfər Məhərrəmov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

Cəfər Məhərrəmov vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok faktlar - Görün Nəcməddin Sadıkov 29 min pulla nə edib?