Modern.az

DİN-dən vətəndaşlara müraciət: Diqqətli olun!

DİN-dən vətəndaşlara müraciət: Diqqətli olun!

Aktual

19 Sentyabr 2023, 17:23

Respublikanın bütün ərazilərində DİN-in şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.


Modern.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəis əvəzi Elşad Hacıyev deyib.

O bildirib ki, antiterror əməliyyatları keçirilən müəddətdə sosial şəbəkələrdəki paylaşımlarda rəsmi qurumların məlumatlarına istinad etsinlər.

"Əhalini dezinformasiya xarakterli məlumatlardan çəkinməyə çağırırıq".

DİN rəsmisi deyib ki, “Tiktok” sosial platformasının fəaliyyəti məhdudlaşdırılıb.


“Ona görə ki, təhdilər var idi, dezinformasiyalar yayılırdı. Düşmən bizə qarşı təkcə silahdan istifadə etmir, sosial şəbəkə seqmentlərindən də istifadə edir, dezinformasiyalar yayırlar. Hər bir azərbaycanlı diqqətli və məsuliyyətli olmalıdır. Yalnız dövlət qurtumları tərəfindən verilən məlumatlara inamalıdır”, - deyə E.Hacıyev əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi