Silahlı birləşmələrin cinayət törədən üzvləri məsuliyyətə cəlb olunacaq

Silahlı birləşmələrin cinayət törədən üzvləri məsuliyyətə cəlb olunacaq

19 Sentyabr 2023, 17:26

Qanunsuz erməni silahlı birləşmələrinin törətdiyi cinayət işləri ilə bağlı hər üç qurumun peşəkar əməliyyat istintaq qrupları tərəfindən istintaq aparılır.

 

Modern.az xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov keçirilən brifinqdə deyib.

 

Qeyd olunub ki, cinayət törədən şəxslərin kimliyi müəyyənləşdirilərək məsuliyyətə cəlb olunacaqlar: "Bundan başqa, qanunsuz silahlı birləşmələr tərəfindən qədim Şuşa şəhərinə hücum edilib. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Təcili: Xankəndidə dinc əhalini separatçı qalıqları girov götürdü