Modern.az

Ceyhun Bayramov İtaliya XİN başçısı ilə görüşdü

Ceyhun Bayramov İtaliya XİN başçısı ilə görüşdü

19 Sentyabr 2023, 18:48

İtaliyanın xarici işlər naziri Antonio Tacani Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə İtaliya XİN rəhbəri Tacani X hesabında bildirib.

 

"Davam edən gərginlik fonunda Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşmək istədim. Qarabağda diplomatik həll yolu tapmaq üçün dialoq və təmkinin zəruriliyini vurğuladım. Azərbaycan bizim vacib tərəfdaşımızdır. Biz insan alverinə qarşı da birgə işləyirik" nazir bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok faktlar - Görün Nəcməddin Sadıkov 29 min pulla nə edib?