Modern.az

Bu şəxslər DTX-yə dəvət edildi

Bu şəxslər DTX-yə dəvət edildi

Aktual

19 Sentyabr 2023, 22:38

Sosial şəbəkələrdə heç bir əsas olmadan baş vermiş terror aktları nəticəsində həlak olmuş mülki şəxslərə və polis əməkdaşlarımıza hörmətsizlik ifadə edən, Azərbaycan xalqının haqq mübarizəsi və dövlət orqanları tərəfindən həyata keçirilən antiterror tədbirləri əleyhinə nalayiq ifadələr səsləndirən şəxslərin Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinə dəvət edilmələri barədə məlumatlar yayılıb.

 

Modern.az xəbər verir ki, həmin şəxslərin şübhəli fəaliyyətlərinin araşdırılması ilə yanaşı, belə həssas bir vaxtda ciddi zaman ayrılmaqla əsir və itkin düşmüş vətəndaşlarımız və onların acı taleyi barədə çoxsaylı video və digər materiallarla tanış olmaları təmin edilir.  

 

Hesab edirik ki, qeyd olunan şəxslər dövlətin təmkinli, humanist və maarifləndirici fərdi münasibətindən düzgün nəticə çıxararlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq