Modern.az

Hacı Beyləqanskiyə 21 il HƏBS VERİLDİ

Hacı Beyləqanskiyə 21 il HƏBS VERİLDİ

Aktual

20 Sentyabr 2023, 10:40

Moskvada məhkəmə kriminal aləmdə ən yüksək vəzifə tutmaqda təqsirli bilinən "qanuni oğru" Hacı Beyləqanskini ( əsl adı - Talıbxanlı Hacıbaba Tahir oğlu)  21 il müddətinə azadlıqdan məhrum edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. 

 

Məhkəmə müəyyən edib ki, o, 2012-ci ildə kriminal dünyasının kralı Aslan Usoyanın (Ded Xasan) şəriki - İlqar Əliyevin sıradan çıxarılmasına görə tac alıb. Bu cinayətə görə Hacı Beyləqanski 2020-ci ildə 19 il müddətinə azadlıqdan məhrum edilib.

 

Məhkum xüsusi rejimli həbsxanaya göndəriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj