Modern.az

Afiəddin Məmmədov həbs olundu 

Afiəddin Məmmədov həbs olundu 

Aktual

21 Sentyabr 2023, 20:51

İctimai fəal Afiəddin Məmmədov cinayət məsuliyyətinə cəlb olunub.

 

Modern.az xəbər verir ki, A.Məmmədov yaşadığı evin qarşısında bir nəfəri bıçaqlamaqda ittiham olunur.

 

O, polis əməkdaşları tərəfindən saxlanılaraq, təqsirləndirilən şəxs qismində cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü ( xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Xətai Rayon Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, kiməsə xəsarət yetirmədiyini deyib. Məhkəmə tərəflərin çıxışını dinlədikdən sonra qərar qəbul edib. Qərara əsasən A.Məmmədov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi