Modern.az

Qarabağda əməliyyatların dayandırılması müsbət haldır - ABŞ rəsmisi

Qarabağda əməliyyatların dayandırılması müsbət haldır - ABŞ rəsmisi

21 Sentyabr 2023, 23:50

ABŞ Qarabağda baş verənlərdən narahtdır və biz bu fəaliyyətlərin dayandırılmasına çağırış edirik.

 

Modern az xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı müzakirələrində ABŞ nümayəndəsi Linda Tomas Qrinfild bildirib.

 

O bildirib ki, hərbi əməliyyatların dayandırılması müsbət haldır və inkişafa səbəb olacaq.

 

“ABŞ humanitar təşkilatlara müraciət edərək yardımların çatdırılmasını təşviq edir. Bu həftə Ağdam-Xankəndi və Laçın-Xankəndi yolundan Qarabağdakı erməni əhəliyə yardımlar çatdırıldı. Həqiqətən bu, çox önəmli hadisə idi.”, - deyə o bildirib.

 

Diplomat vurğulayıb ki, bu böhranın yeganə yolu zorakılığa son qoyulmalıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi