Azərbaycan Psixologiya Akademiyasının (APAK) direktoru Sevda Əzizova Beynəlxalq konfransda iştirak edib.
Modern.az xəbər verir ki, 13-16 sentyabr tarixlərində Türkiyənin İstanbul şəhərində Dünya ölkələrin 7-ci Ümumdünya Koxlear İmplantasiya Konqresi (7th World Congress on Cochlear Implants in Emerging Nations) təşkil olunub.
Konfransın keçirilməsində məqsəd inkişaf etməkdə olan ölkələrdə implantasiya və reabilitasiya sahəsində problemlərin həlli yollarını tapmaqdır. Konfransda 100-dən çox ölkənin ümümilikdə 500-dən çox həkim heyəti iştirak edib.
Azərbaycandan tək loqoped olaraq APAK-ın nümayəndəsi Sevda Əzizova və qulaq cərrahiyyəsi üzrə həkimlər beynəlxalq konfransda iştirakçı kimi çıxış edərək ölkəmizi uğurla təmsil ediblər.