Modern.az

Qayınana-gəlin münasibətləri: Belə kişilər heç yetkinləşməyib - ŞOK AÇIQLAMA

Qayınana-gəlin münasibətləri: Belə kişilər heç yetkinləşməyib - ŞOK AÇIQLAMA

Aktual

20 Oktyabr 2023, 17:28

Azərbaycanda qayınana-gəlin münasibətləri hər dövrün ən klassik mövzularındandır. İllər keçməsinə, bir çox mövzuların inkişaf etməsinə baxmayaraq, hələ də bu münasibətlər müzakirə edilir.

 

İddia olunur ki, xüsusilə gənc ailələrdə bir çox narazılığın, bəzən boşanmaların səbəbləri qayınana-gəlin münasibətlərindəki problemlərdir. Zaman-zaman həm sosioloqlar, həm psixoloqlar bu mövzuya toxunub.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Ezgi Şahin deyib ki, bəzi ailələrdə ananın icazəsi olmadan qərarlar alınır və bu da narazılığa səbəb olur.

 

“Gəlin, ana, oğul münasibətləri gərgin olur. Ana icazəsi olmadan qərar ala bilməz. Belə kişilər sanki heç yetkinləşməyib. Bütün qərarlarını anası verir, bu proses evlilik zamanında da davam edir. Kişi xanımını anasına oxşatmağa çalışır.

 

Belə kişilər özgüvənsiz və söz keçirə bilməyən olurlar. Analarının sözünü yerə salmaqdan çox qorxurlar. Anaya bağlı olan kişilər evləndikləri halda anadan razılıq alma, onun sözü ilə ailə həyatlarına yön vermək kimi səhvlər edirlər. Bunun ana ilə bağın kəsilməməsinə təsiri var. Oğlan uşaqlarının böyüdükdə də ana ilə bağları kəsilmədikdə düzgün, xoşbəxt, uzun ailə həyatı olmur. Hər qərarı həyat yoldaşı ilə vermək əvəzinə anaları ilə verirlər. Analarının onları yönləndirməsi ilə evliliklərini yönləndirməyə çalışırlar. “O vaxt mənim anam belə deyildi” deyərək, həyat yoldaşlarını tənqid, bəzən təhqir edirlər”. 

 

 

Psixoloq bu halların daha böyük ailə problemlərinə yol açdığını, nəticədə bunun cəmiyyətə təsir etdiyini bildirib.

 

“Bütün bunlar cəmiyyətdə boşanma sayının artmasına yol açır. Boşanmaların bir çoxuna ana-oğul münasibəti, qayınanaların müdaxilə etməsi səbəb olur. Məsələn, bu yaxınlarda bir pasiyentim gəlmişdi. Oğlan və qız yaxşı anlaşırdılar. Amma oğlanın maddi sıxıntıları yaranıb, qızın anası gəlib ki, “mənim qızım belə əziyyət çəkə bilməz, ayrılın”.  Çox müdaxilələr edirlər. İmkan vermirlər ki, bu evlilikdə iki nəfər öz qərarlarını alsınlar. Xoşbəxtdirlərsə, ailəyə davam etsinlər, ya da nə edəcəklərsə özləri qərar versinlər”.

 

Psxioloq gərginliyin aradan qalxması üçün anası və həyat yoldaşı arasında münasibətlərin kişinin özün tərəfindən tənzimləməli olduğunu bildirib:

 

“Əslində gəlin və qayınana münasibətlərini oğul tənzimləməlidir. Hər ikisinə sərhəd çəkməlidir. “O  mənim anamdır, onun yanında hörmətli olmağı tövsiyə edirəm”, anasının da yanında “o mənim həyat yoldaşımdır, onun yanında hörmətli olmağını gözləyirəm. İkinizin də bir-birinə hörmətsizliyiniz olanda, çox görüşməyəcəksiz. Mənim ikinizlə də münasibətim davam edəcək. Məni doldurmağa çalışsaz, sizin üçün yaxşı olmayacaq" deməlidir. Çox zaman qayınanlar düşünür ki, oğulları o qıza yox, anasına inanacaq. Oğul buna da sərhəd çəkməlidir. Təbii ki, evliliyə müdaxilə boşanmaya səbəb olan ən böyük faktordur. Əslində iki baxış bucağı olmalıdır, amma bəzən iki və daha artıq baxış bucağı lazım olur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri