Modern.az

Baş direktordan İlham Əliyevə TƏBRİK MƏKTUBU

Baş direktordan İlham Əliyevə TƏBRİK MƏKTUBU

22 Sentyabr 2023, 18:39

ISESCO-nun sabiq Baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tuveycri Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

 

Modern.ax xəbər verir ki, məktubda deyilir:

 

"Qarabağda həyata keçirilən tədbirlər nəticəsində terrorçu silahlı birləşmələrin təslim olması və tərk-silah edilməsi ilə əlaqədar Sizə təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Bu yeni qələbə regionda sülh və sabitliyin bərqərar olunması baxımından mühüm addımdır.

 

Uca Allaha Sizi və Azərbaycan xalqını qoruması üçün dua edirəm.

 

Zati-aliləri, Sizə olan dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi