Tahir Süleymanov Prezidentə TƏŞƏKKÜR ETDİ

Tahir Süleymanov Prezidentə TƏŞƏKKÜR ETDİ

Aktual

23 Sentyabr 2023, 20:05

Bu gün Prezident İlham Əliyev Tahir Süleyman oğlu Süleymanovun təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı sərəncama əsasən Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov Azərbaycanın ictimai-siyasi həyatında xidmətlərinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.


 
Ordumuzun 24 saatlıq antiterror tədbirləri ilə Qarabağda növbəti qələbəyə imza atdığı ərəfədə Ali Baş Komandan tərəfindən təltif olunan Tahir Süleymanov təəssüratlarını Modern.az saytı ilə bölüşüb. 

 

Tanınmış ictimai-siyasi xadim Azərbaycan xalqına tarixdə görünməmiş Zəfərlər bəxş edən cənab Prezidentə minnətdarlığını bildirib, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməyin onun üçün qürurverici hadisə olduğunu vurğulayıb:

 

“44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə ilə adını tarixin qızıl səhifəsinə yazdıran, 30 illik Qarabağ həsrətinə son qoyaraq bizə Zəfər bəxş edən Ali Baş Komandanımız tərəfindən belə həssas məqamda 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmaq mənim üçün qürurverici haldır. Mən Ağsaqqallar Şurasının sədr müavini olaraq öz adımdan və ailəm adından cənab Prezidentə təşəkkürümü bildirirəm. Ölkə başçısı tərəfindən layiq görüldüyüm orden Azərbaycan ağsaqqallarına göstərilən diqqət və qayığının təzahürüdür. 

 

Qürurverici haldır ki, indiki həssas məqamda belə cənab Prezident digər vətəndaşlarımız kimi Azərbaycan Ağsaqqalar Şurasının üzvlərinə də xüsusi yanaşma sərgiləyir, bizi daim diqqət mərkəzində saxlayır. Böyük sərkərdəlik məharəti ilə xalqımıza şanlı qələbə sevinci yaşadan, yurd həsrətinə son qoyan, bizə qalib ölkənin vətəndaşı olmaq qürurunu yaşadan Ali Baş Komandan tərəfindən təltif olunmaq mənim üçün böyük fəxarətdir”.

 

Tahir Süleymanov bundan sonra da Azərbaycan Prezidentinin əsgəri və dövlətimizin xidmətçisi kimi fəaliyyətini davam etdirəcəyini diqqətə çatdırıb:

 

“Mən biz daha cənab Prezidentə təşəkkür edir, minnətdarlığımı bildirirəm. Müzəffər Ali Baş Komandanımıza və onun ailəsinə uzun ömür, cansağlığı, Azərbaycanın parlaq gələcəyi naminə fəaliyyətlərində böyük nailiyyətlər arzu edirəm.

 

Bildirmək istəyirəm ki,  Ağsaqqallar Şurasının sədr müavini kimi bundan sonra da cənab Prezidentin yanındayam. Hər zaman özümü Ali Baş Komandanın əsgəri, Azərbaycan dövlətinin xidmətçisi hesab etmişəm. Güclü, yenilməz və qalib ölkənin vətəndaşı olmaqdan fəxr və qürur duyuram. Bizi böyük Zəfərlərə, tarixdə misli-bərabəri olmayan qələbələrə aparan Ali Baş Komandanın yanında olmaq mənim üçün vətəndaşlıq borcu, həm də ali bir missiyadır. Əminəm ki, cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti Azərbaycana hər zaman tərəqqi, inkişaf və firavanlıq bəxş edəcək, hərb meydanında olduğu kimi, bütün sahələrdə də daim qələbə sevinci yaşayacağıq”.

 

Qeyd edək ki, sabah Tahir Süleymanovun 75 yaşı tamam olur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiya agentləri səssiz rejimdə - Casus şəbəkəsi haqda şok detallar