Fərid Şəfiyevin fikirləri kontekstdən çıxarılıb - AÇIQLAMA

Fərid Şəfiyevin fikirləri kontekstdən çıxarılıb - AÇIQLAMA

Aktual

23 Sentyabr 2023, 23:37

Ermənistanın bəzi mətbuat orqanlarında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin müsahibələrindən birinə istinadən bəzi təhrif olunmuş məlumatlar verilib və bu məlumatlar eyni zamanda Azərbaycan mediasında da öz əksini tapıb.

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən Modern.az-a verilən məlumata görə, həmin müsahibədə region, xüsusilə Ermənistanla Azərbaycan arasındakı vəziyyətə dair müzakirələr aparılıb və müzakirələr çərçivəsində müəyyən fikirlər, mülahizələr səsləndirilib.

 

"Qeyd etmək istəyirik ki, səsləndirilmiş bəzi fikirlər nəzəri xarakter daşıyır və Azərbaycan hökumətinin mövqeyini əks etdirmir. Ümumilikdə Azərbaycanın rəsmi mövqeyi ilə bağlı yalnız rəsmi məlumatlara istinad olunmalıdır. Bir daha vurğulamaq istəyirik ki, müsahibədən götürülərək yayılmış məlumatlar kontekstdən çıxarılıb və təhrif olunub", - açıqlamada bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tarix açıqlandı - 15 günə Azərbaycan Ermənistan sülh imzalayacaq?