Lavrov BMT-də sülhməramlılardan danışdı

Lavrov BMT-də sülhməramlılardan danışdı

Aktual

23 Sentyabr 2023, 23:55

Rusiya sülhməramlıları indi Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələri ilə Azərbaycanın rəsmi şəxsləri arasındakı təmaslara kömək edirlər.

 

Modern.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasının yekunlarına dair mətbuat konfransında bildirib.

 

"Onlar iki gün bundan əvvəl görüşüblər. Bizim sülhməramlılarımız etimadı möhkəmləndirmək üçün oradadırlar. Bunun üçün nə qədər vaxt, hansı sayda sülhməramlının tələb olunacağı yerində həll olunan məsələdir", - deyə nazir əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tarix açıqlandı - 15 günə Azərbaycan Ermənistan sülh imzalayacaq?