Bakıda beynəlxalq konfrans keçiriləcək

Bakıda beynəlxalq konfrans keçiriləcək

Aktual

25 Sentyabr 2023, 12:12

Bakıda “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” adlı beynəlxalq konfrans baş tutacaq.

 

Modern.az xəbər verir ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin tarixi şəhər və qoruqlarının iştirakı ilə baş tutacaq beynəlxalq konfrans 09-13 oktyabr 2023-cü il tarixlərində Bakıda keçiriləcək.


Beynəlxalq tədbirdə Türk Dövlətləri Təşkilatının rəhbərliyi, Türk dövlətlərindən tarixi şəhər və qoruqlarının rəhbərləri, ekspertləri və İdarənin tərəfdaşlıq etdiyi beynəlxalq təşkilatların nümayəndələri, eləcə də mətbuat nümayəndələri iştirak edəcək.

 

“Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” beynəlxalq konfransı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə keçiriləcəkdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda əsir saxlanılan Hüseynə ömürlük həbs cəzası verilib