Modern.az

Ötən gecə şəhid olan hərbçilərimizin FOTOLARI

Ötən gecə şəhid olan hərbçilərimizin FOTOLARI

Aktual

25 Sentyabr 2023, 13:06

Xəbər verdiyimi kimi, Azərbaycan Ordusuna məxsus "KamAZ" markalı hərbi nəqliyyat vasitəsinin minaya düşməsi nəticəsində 2 hərbçimiz həlak olub.

 

Modern.az xəbər verir ki, mövqelərimizin təminat yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış tank əleyhinə minanın partlaması nəticəsində Şadmanov Əkrəm Yunis oğlu və Seyidov Tural İslam oğlu şəhid olub.

 

 Hadisə sentyabrın 24-ü saat 17:35 radələrində Ağdam rayonunda baş verib.

 

Qeyd edək ki, polkovnik-leytenant Əkrəm Şadmanov "N" saylı hərbi hissəsinin qərargah rəisi olub. O, əslən Kəlbəcər rayonundandır. 

 

Digər hərbi qulluqçumuz Əliyev Elvin Taleh oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb. Yaralı hərbçimizə ilkin tibbi yardım göstərildikdən sonra o, dərhal yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib. Vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur.

 

1282095

1282094

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu