Modern.az

Azad olunmuş ərazilərdə daha 29 mina aşkarlandı

Azad olunmuş ərazilərdə daha 29 mina aşkarlandı

25 Sentyabr 2023, 12:40

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (18.09.2023 - 24.09.2023) açıqlanıb.

 

ANAMA-dan Modern.az-a verilən xəbərə görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Kəlbəcər, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 18 piyada əleyhinə mina, 11 tank əleyhinə mina, 40 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

 

Bildirilib ki, 379,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi