Prokuror Azərbaycan səfirliyinə hücum edənə ən ağır cəza istəyib

Prokuror Azərbaycan səfirliyinə hücum edənə ən ağır cəza istəyib

26 Sentyabr 2023, 18:15

“Tehran prokuroru ittihamnamədə Azərbaycan səfirliyinə hücum edən şəxsin ən ağır cəzaya məhkum edilməsini istəyib”.

 

Modern.az xəbər verir ki, bunu İran Ədliyyə Nazirliyinin sözçüsü Məsud Satayişi deyib.

 

Onun sözlərinə görə, ittihamnamə məhkəməyə göndərilib.

 

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov”la silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfəri yaralayıb. Terrorçunu elə səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirib. Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hücum hazırlığı başladı: Rus hərbçilər Ermənistanda səngər qazır