Yanacaq daşıyan iki avtomobil Xankəndiyə yola düşdü

Yanacaq daşıyan iki avtomobil Xankəndiyə yola düşdü

26 Sentyabr 2023, 18:55

Azərbaycan Respublikasının Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli və orada yaşayan erməni sakinlərinin ehtiyaclarının təmin olunması üçün təxirəsalınmaz tədbirlər davam etdirilir.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Administrasiyası məlumat yayıb.

 

2023-cü il sentyabrın 26-da bağçaların, təcili tibbi yardım və yanğın-söndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsi məqsədilə Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 38 ton benzin, 16 ton dizellə dolu növbəti 2 avtomobil yola salınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hücum hazırlığı başladı: Rus hərbçilər Ermənistanda səngər qazır