Qarabağdakı erməniləri ukraynalılarla eyniləşdirənlərə Kiyevdən TUTARLI CAVAB

Qarabağdakı erməniləri ukraynalılarla eyniləşdirənlərə Kiyevdən TUTARLI CAVAB

Aktual

27 Sentyabr 2023, 16:46

24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış seperatçılar təslim oldu və ölkəmiz öz dövlət suverenliyini təmin etdi. Qısa zaman kəsiyində Azərbaycanın imza atdığı bu qələbələrdən sonra qarşı tərəf Qarabağdakı erməniləri beynəlxalq ictimaiyyətə “məzlum” kimi təqdim edir.

 

Ermənistan Qarabağı könüllü şəkildə tərk edən erməniləri hazırda Rusiyanın dəhşətli işğalı ilə üzləşən ukraynalılarla eyniləşdirir, dünyanın yardıma səsləyir.

 

“Məzlum” rolunu oynayan Ermənistan tərəfinə elə ukraynalılar özləri cavab verib. Ukraynalı siyasətçi və ictimai xadimlər bunu tamamilə fərqli situasiya olduğunu bildirir.

 

Ukraynanın Kiyev vilayəti üzrə ərazi müdafiə briqadasının zabiti, keçmiş ictimai xadim, hazırda döyüşdə iştirak edən Dmitro Kulibaba Modern.az-a açıqlamasında ermənilərin ukraynalılarla özlərini müqayisə etmələrini növbəti oyun olduğunu bildirib:

 

“Ukrayna hər zaman olduğu kimi Azərbaycanın suverənliyini tanıyır. Eyni zamanda Azərbaycanın mövqeyini dəstəkləyirik. Biz tam olaraq Azərbaycanı dəstəkləyirik, hətta kömək etməyə hazırıq! Ermənistan tərəfinin Qarabağdan çıxan ermənilərlə ukraynalıları müqayisə etmələri də çox mənasızdır. Çünki eyni situasiya deyil və bu, müqayisə edilə bilməz".

 O qeyd edib ki, Qarabağ Azərbaycan torpağıdır və bu, bütün dünya tərəfindən qəbul edilib.

 

"Onların isə başqa ölkənin torpaqlarından çıxması müqayisə edilə bilməz. Eyni zamanda Qarabağdan çıxmaq könüllüdür, istəyən Azərbaycan qanunları ilə orada yaşaya bilər. Biz ukraynalılar isə ermənilərdən fərqli olaraq öz torpaqlarımız uğrunda mübarizə aparırıq”, - Kulibaba vurğulayıb.

Ukraynanın tanınmış hərbi eksperti Oleq Starikov müqayisəni uğursuz adlandırıb:

 

“Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti Azərbaycanın ərazi bütövlüyünün bərpasına gətirib. Bu, çox vacib hadisədir. Eyni zamanda artıq Azərbaycanın ərazi bütövlüyü tamamlanır. Ukrayna isə qardaş Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tarix açıqlandı - 15 günə Azərbaycan Ermənistan sülh imzalayacaq?