Modern.az

Serbiyanın sabiq naziri İlham Əliyevi təbrik etdi

Serbiyanın sabiq naziri İlham Əliyevi təbrik etdi

Aktual

27 Sentyabr 2023, 17:28

Serbiyanın sabiq xarici işlər naziri, BMT Baş Assambleyasının 67-ci sessiyasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Vuk Yeremiçdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

 

Modern.az xəbər verir ki, məktubda deyilir:

 

"Zati-aliləri!

 

Sizi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tam bərpa olunması münasibətilə təbrik edirəm.

 

Mən etnik ermənilərin ölkənizdə qalıb öz həyatlarına davam etmələri və ya ərazini sərbəst şəkildə tərk etmələri üçün lazımi şəraitin yaradılması ilə bağlı Azərbaycanın addımını alqışlayıram.

 

Həmçinin, mən Azərbaycanın Kosovo və Metoxiya məsələsində Serbiyaya göstərdiyi prinsipial və ardıcıl dəstəyə görə dərin minnətdarlığımı bildirirəm.

 

Sizə Ermənistan ilə sülh prosesini başa çatdırmaq üçün göstərdiyiniz səylərdə uğurlar arzulayıram.

 

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi