Modern.az

Jurnalist, yazar, deputat... - Qənirə Paşayevanın DOSYESİ

Jurnalist, yazar, deputat... - Qənirə Paşayevanın DOSYESİ

28 Sentyabr 2023, 20:40

Milli Məclisin deputatı Qənirə Paşayeva vəfat edib. O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

 

Modern.az vəfat edən deputatın tərcümeyi-halını təqdim edir.

 

Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.

 

1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb.

 

2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub.

 

Qənirə Paşayeva III, IV, V və VI çağırış Milli Məclisin deputatı olub. Milli Məclisin Mədəniyyət komitəsinin sədri idi.

 

"Nobel mükafatlı qadınlar", "Tarixə adını yazan qadınlar", "Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən", "Səndən sonra", "Türk ruhunun söz bayrağı Əhməd Cavad" kitablarının müəllifidir.

 

Allah rəhmət eləsin!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi