Modern.az

Azərbaycan-Türkiyə bu illər üzrə yol xəritəsini imzaladı

Azərbaycan-Türkiyə bu illər üzrə yol xəritəsini imzaladı

29 Sentyabr 2023, 18:00

Türkiyənin "TEIAŞ" şirkəti ilə "Azərenerji" ASC 2023-2025-cü illər üzrə birgə layihələrin icrası üzrə yol xəritəsi imzalayıb.

 

Modern.az xəbər verir ki, sənədi "Azərenerji" ASC-nin vitse-prezidenti Vüqar Şahmuradov və "TEIAŞ"ın baş direktoru Orxan Kaldırım imzalayıb.

 

Yol xəritəsi Azərbaycanla Türkiyə arasında enerji dəhlizi üzrə layihənin icrasına yönəlib.

 

Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, ikinci Forum isə 2022-ci il 5-6 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi