Modern.az

Medvedev Ukraynadakı müharibənin nə vaxt bitəcəyini söylədi

Medvedev Ukraynadakı müharibənin nə vaxt bitəcəyini söylədi

Aktual

30 Sentyabr 2023, 16:38

Ukraynadakı müharibə Kiyev hakimiyyəti tamamilə məhv qədər davam edəcək.

Modern.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev çıxış edib.

Medvedev teleqram kanalında yazıb:

“Xüsusi hərbi əməliyyat nasist Kiyev rejimi tamamilə məhv edilənə və Rusiyanın ilk əraziləri düşməndən azad edilənə qədər davam edəcək”.

O, əlavə edib ki, sentyabrın 30-da qeyd olunan Yeni Regionların Rusiyaya Birləşdirilməsi Günü rus xalqının birliyinin simvoluna çevrilib.

Medvedev həmçinin bir il əvvəl Rusiya Federasiyasının yeni regionlarının sakinlərinin öz Vətənləri ilə birlikdə qəbul etdikləri taleyüklü qərarı alqışlayıb və qələbəyə inamını ifadə edib. Sonda Təhlükəsizlik Şurası sədrinin müavini hər kəsi bayram münasibətilə təbrik edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi