Bu gün Bakıda 547 əsas küçə yuyulub

Bu gün Bakıda 547 əsas küçə yuyulub

Aktual

30 Sentyabr 2023, 17:37

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə sentyabrın 30-da paytaxtda payız mövsümünün gəlişi, təmizlik və abadlıqla bağlı növbəti daxili iməclik keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 547 əsas küçə və prospektlərin, həmçinin qəsəbələrdəki yolların təbiətə ziyanı olmayan vasitələrlə yuyulması təmin edilib və eyni zamanda didər təmizlik və abadlıq işləri həyata keçirilib.

Paytaxtın bütün rayonlarını əhatə edən beləi məcliklər Bakı şəhərinin daha da gözəlləşməsinə böyük töhfədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hücum hazırlığı başladı: Rus hərbçilər Ermənistanda səngər qazır